”Benfica” futbolçusu ilə yollarını ayırır
Bakı, 23 aprel, Tsport.az
Portuqaliyanın “Benfica” klubu Angel Di Mariya ilə yollarını ayırmaq qərarına gəlib.
Tsport.az xəbər verir ki, Lissabon təmsilçisi 37 yaşlı argentinalı futbolçuya mövsümün sonunda yeni müqavilə təklif etməyəcək.
Təcrübəli oyunçunun klubla olan mövcud sözləşməsi yayda başa çatır və bu səbəbdən Di Mariya azad agent statusu alacaq.
Qeyd edək ki, Di Mariya bu mövsüm “Benfica”nın heyətində 37 rəsmi qarşılaşmada iştirak edib, 15 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.