“Benfica”, Kərim Aktürkoğlunun yerinə axtardığı futbolçunu tapdı!
Bakı, 19 avqust, Tsport.az
Kərim Aktürkoğlu üçün “Fenerbahçe” ilə danışıqlar aparan Portuqaliya təmsilçisi “Benfica”, transferdə prioritetini “Wolfsburq”un formasını geyinən Əlcəzairli hücumçu Məhəmməd Amouraya verib.
Tsport.az xəbər verir ki, “CNN Portugal”ın məlumatına görə, “Benfica” Almaniya klubuna 27 milyon avro transfer haqqı + bonuslardan ibarət rəsmi təklif irəli sürüb. Bonuslarla birlikdə təklifin ümumi məbləği 30 milyon avroya çatır. Lakin “Wolfsburq”un gözləntiləri bu rəqəmin üzərindədir. Alman klubu 25 yaşlı forvet üçün 35-40 milyon avro aralığında transfer haqqı tələb edir.
“Benfica” bundan əvvəl Thiago Almada və Joao Feliks transferlərində istədiyini əldə edə bilməmişdi. Buna görə də Amoura klubun heyətinə qatmaq istədiyi bir nömrəli hədəfə çevrilib.
Ötən mövsüm “Union St. Gilloise”dən “Volfsburq”a keçən Amoura, Bundesliqada 34 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçu karyerasında daha əvvəl Əlcəzairin “ES Setif” və İsveçrənin “Luqano” klublarının da formasını geyinib və çıxışı ilə Avropanın bir çox klubunun diqqətini cəlb edib.
Zəhra Mansırova