Dünya Futbolu

“Benfica” Otamendi ilə yollarını davam etdirir

Bakı, 28 iyun , Tsport.az 

Portuqaliyanın nəhəng klubu “Benfica” kapitanı Nicolas Otamendi ilə müqaviləni uzadıb.

Tsport.az xəbər verir ki, 37 yaşlı təcrübəli müdafiəçi ilə yeni razılaşma 2026-cı ilin yayına qədər qüvvədə olacaq.

2020-ci ildən “Benfica”da forma geyinən argentinalı futbolçu bu müddətdə klubla Portuqaliya çempionluğu, ölkə kuboku və superkubokun sevincini yaşayıb. O, həmçinin 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu tituluna da layiq görülüb.