Dünya Futbolu

Benjamin Šeško üçün La Liga nəhəngləri sıraya düzülüb

Bakı, 6 may, Tsport.az

Almaniyanın “RB Leipzig” klubunda möhtəşəm mövsüm keçirən Slovakiya millisinin hücumçusu Benjamin Šeško, artıq İspaniya nəhənglərinin diqqət mərkəzinə düşüb.

Tsport.az xəbər verir ki, “Real Madrid”, “Barcelona” və “Atlético Madrid” 21 yaşlı forvardın transferini yaxından izləyir.

Gənc hücumçu bu mövsüm “RB Leipzig” formasında 21 dəfə rəqib qapılarına yol taparaq adını Avropanın yüksələn ulduzları siyahısına yazdırıb. Onun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.