Berke Özer yeni klubunda debüt etdi
Bakı, 17 avqust, Tsport.az
Türkiyə millisinin qapıçısı Berke Özer, yeni klubu “Lille”nin heyətində ilk rəsmi matçına çıxıb.
Tsport.az xəbər verir ki, Fransa Liqası 1-in ilk turunda “Lille” səfərdə “Brest“lə qarşılaşıb və oyun 3-3 hesabı ilə bərabərliklə başa çatıb. Matçda əsas heyətdə başlayan Berke Özer 90 dəqiqə meydanda olub. Qeyd edək ki, “Lille”nin qollarını Olivier Giroud, Hakon Haraldsson və Ngal’ayel Mukau vurub. “Brest”in qollarına isə Kamory Doumbia və Julien Le Cardinal imza atıb.