“Beşiktaş” El Bilal Touré-nin son vəziyyətini açıqlayıb
Bakı, 10 oktyabr, Tsport.az
Beşiktaş “Galatasaray”la oyundan sonra zədələnən hücumçusu El Bilal Touré barədə rəsmi məlumat yayıb.
Tsport.az xəbər verir ki, futbolçu sol bud əzələsinin arxa hissəsində ağrı hiss etdikdən sonra Acıbadem Altunizade Xəstəxanasında müayinə olunub:
“El Bilal Touré-nin aparılan MRT müayinəsi nəticəsində budun arxa əzələsində (Biceps Femoris) gərilmə və qanaxma aşkarlanıb. Mali yığmasının nümayəndələri bu barədə məlumatlandırılıb və oyunçunun müalicəsi İstanbulda klubun tibbi heyəti tərəfindən davam etdirilir.”-klub nümayəndələri bildirib.