Beşiktaş Federico Chiesa üçün hərəkətə keçdi
Bakı, 7 sentyabr, Tsport.az
“Beşiktaş” İngiltərə Premyer Liqası nəhəngi “Liverpool“da çıxış edən Federico Chiesa ilə maraqlanır.
Tsport.az xəbər verir ki, məşhur insayder Fabrizio Romano sosial şəbəkədə yaydığı məlumatda İstanbul klubunun 27 yaşlı hücumçu ilə əlaqə saxladığını bildirib.
Mersisayd təmsilçisi futbolçunu icarəyə vermək niyyətində olmasa da, mümkün transferin şərtlərini müzakirə etməyə açıqdır.
Qeyd edək ki, Chiesa 2024-cü ilin avqustunda “Juventus”dan “Liverpool”a transfer olunmuşdu.