Dünya Futbolu

“Beşiktaş” ilə adı hallanmışdı! Milli futbolçuya icazə çıxmadı

Bakı, 21 avqust, Tsport.az

Beşiktaş”ın transfer gündəmində olduğu deyilən, “Porto”da çıxış edən milli hücumçu Deniz Gül ilə bağlı gözlənilməz inkişaf yaşanıb.

Tsport.az xəbər verir ki, Portuqaliya mətbuatında, xüsusilə Record qəzetində yer alan xəbərə görə, Porto hazırda futbolçunu buraxmağı düşünmür. Bunun əsas səbəbi isə komandada hazırda yalnız bir təbii mərkəz hücumçunun olmasıdır.

Porto, Luuk de Jong’un əvəzedicisi kimi gördüyü gənc forvardı heyətdə saxlamağı planlaşdırır.

Eyni zamanda Portuqaliya mediası, Deniz Gül ilə başqa klubların da maraqlandığını, lakin indiyədək rəsmi bir təklifin gəlmədiyini yazıb.

Zəhra Mansırova