Dünya Futbolu

“Beşiktaş” Kyle Walker-Peters transferindən imtina etdi

Bakı, 17 iyul, Tsport.az

Beşiktaş” klubu İngiltərəli müdafiəçi Kyle Walker-Peters ilə bağlı transfer qərarını dəyişib. Klubun rəsmi açıqlamasına görə, futbolçunun bir daha əlavə vaxt istəməsi səbəbindən transferdən imtina olunub.

Tsport.az xəbər verir ki, “Beşiktaş” daha əvvəl Kyle Walker-Peters ilə prinsipial razılığa gəldiyini və onu tibbi müayinədən keçmək üçün İstanbula dəvət etdiyini bildirmişdi. Lakin futbolçunun gəlişi ertələnmişdi.

Bu gün Walker-Peters klub rəhbərliyinə yenidən əlavə vaxt lazım olduğunu bildirib. “Beşiktaş” isə bu tələbdən sonra transferi həyata keçirməməyə qərar verib.

Klub, müəyyən etdiyi transfer siyasəti çərçivəsində işlərini davam etdirdiyini vurğulayıb.

“Beşiktaş” rəhbərliyi bu qərarı ictimaiyyətə hörmətlə təqdim edib.