Beşiktaş liqaya yaxşı başlayır
Bakı, 17 avqust, Tsport.az
Beşiktaş, Super Liqanın ilk oyunlarında qazandığı qələbələrlə mövsümə yaxşı başlayır.
Tsport.az xəbər verir ki, Qara-ağlı futbol komandası, Avropa kuboku oyunlarına görə təxirə salınan ilk turdakı Kayserispor qarşılaşmasının ardından 2025–2026 mövsümündə liqaya Eyüpspor oyunu ilə start verəcək.
Super Liqada yeni mövsümün 2-ci turunda sabah evində Eyüpspor ilə qarşılaşacaq Beşiktaş, 67 mövsümü geridə qoyan liqadakı açılış oyunlarında ümumilikdə 42 qələbə əldə edib. Qara-ağlılar 17 dəfə heç-heçə edib, 8 dəfə isə məğlub olub.
Qara-ağlılar, liqa tarixində ev sahibi kimi çıxdığı 33 ilk tur oyunundan 29-unuda qələbə ilə başa vurub. 3 qarşılaşma heç-heçə ilə bitib, yalnız 1 oyunda məğlubiyyət yaşanıb.
Son 12 mövsümdə 11 qələbə
Beşiktaş, Super Liqada son 12 mövsümdə ilk tur oyunlarının 11-də qalib gəlib.
Qara-ağlılar 2013–2014-dən 2024–2025-ə qədər 12 mövsümdə ardıcıl olaraq Trabzonspor (2–0), Mersin İdmanyurdu (0–1, 2–5) (iki mövsüm dalbadal), Alanyaspor (4–1), Antalyaspor (2–0), Akhisarspor (2–1), Trabzonspor (1–3), Çaykur Rizespor (3–0), Kayserispor (1–0), Fatih Karagümrük (0–1) və “Samsunspor”u (0–2) məğlub edib.
Həmin dövrdə Beşiktaş yalnız 2019–2020 mövsümündə səfərdə “Sivasspor”a 3–0 hesabı ilə uduzub.
Öz meydanında qol problemi yaşamır
Beşiktaş, geridə qalan 67 mövsümdəki ilk tur oyunlarının 58-ində qol vurub, yalnız 9 oyunda rəqib qapısından top keçirməyib.
Qara-ağlı komanda qol vurmadığı 9 qarşılaşmanın hamısını səfərdə keçirib.
“Kartal” öz meydanında oynadığı 33 açılış oyununda isə bütün qarşılaşmalarına qol sevinci yaşayıb.
Ən fərqli qələbələr
Beşiktaş, ilk tur oyunlarında ən böyükhesablı qələbələrini 4–0-lıq nəticələrlə alıb, ən ağır məğlubiyyətlərini isə 3–0 və 2–0 hesabları ilə yaşayıb.
Qara-ağlı komanda, ilk tur oyunlarında 1962–1963 mövsümündə “Vefa”nı, 1966–1967 mövsümündə “İzmirspor”u 4–0 məğlub edib.
Beşiktaş isə 2019–2020-də “Sivasspor”a 3–0, 1977–1978 mövsümündə Diyarbakırspor-a və 1996–1997-də Bursaspor’a 2–0 hesabı ilə uduzaraq ilk tur oyunlarını məğlubiyyətlə başa vurub.
Zəhra Mansırova