Beşiktaş, “Roma”nın 10 nömrəsini istəyir
Bakı, 16 avqust, tsport.az
Beşiktaş, Roma formasını geyinən Lorenzo Pellegrini ilə maraqlanır.
Tsport.az xəbər verir ki, transfer çalışmalarını davam etdirən Beşiktaş ilə bağlı İtaliyadan sensasion bir iddia ortaya atılıb.
“Corriere dello Sport”da yer alan xəbərə görə, qara-ağlılar, “Roma”nın 29 yaşlı italyan 10 nömrəsi Lorenzo Pellegrini ilə maraqlanır.
Xəbərin davamında “Beşiktaş”ın bu transferdə tək olmadığı, Premyer Liqa təmsilçilərindən West Ham United’ın da Pellegrini ilə maraqlandığı bildirilib.
PELLEGRINI QALMAQ İSTƏYİR
A Seriyası nəhəngi, Pellegrini’yə gələn təklifləri dəyərləndirmək istəyir. Futbolçu isə komandada qalmağı hədəfləyir.
Baş məşqçi Gian Piero Gasperini ilə görüşən Lorenzo Pellegrini, komandada qalmaq istədiyini və əlindən gələnin ən yaxşısını edərək komandasına töhfə verməyə davam etmək niyyətində olduğunu bildirib.
Karyerasını “Roma”da davam etdirmək istəyən Lorenzo Pellegrini’nin bu səbəbdən Beşiktaş və “West Ham”dan gələn təkliflərə isti baxmadığı yazılıb.
KEÇƏN MÖVSÜMDƏKİ PERFORMANSI
Ötən mövsüm Roma ilə bütün turnirlərdə 34 oyuna çıxan Lorenzo Pellegrini, 3 qol və 3 asistlik göstərici sergiləyib.
Zəhra Mansırova