Beşiktaş tam heyətlə St. Patrick’s revanşına çıxır!
Bakı, 16 avqust, Tsport.az
Beşiktaş, UEFA Konferans Liqasının, 3-cü təsnifat mərhələsinin revanş oyununda sabah İrlandiya təmsilçisi St. Patrick’s ilə qarşılaşacaq.
Tsport.az xəbər verirki Tüpraş Stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. Qarşılaşmanı Portuqaliya Futbol Federasiyasından hakim Antonio Nobre idarə edəcək.
İlk oyunda səfərdə 4-1 hesabı ilə qalib gələn qara-ağlılar, evdə də qazanaraq növbəti mərhələyə yüksəlməyi hədəfləyir.
Tammy Abraham ilk oyunda “het-trik” etdi
“Beşiktaş”ın ingilis hücumçusu Tammy Abraham, St. Patrick’s ilə keçirilən ilk oyunda göstərdiyi performansla diqqətləri üzərinə çəkdi.
Görüşün ilk hissəsində 29 dəqiqə ərzində üç qol vuraraq “het-trik” edən Abraham, azarkeşlərdən tam qiymət aldı.
Bu mövsüm oynadığı 3 oyunda 4 qol vuran ingilis futbolçu, St. Patrick’s ilə keçiriləcək revanşda da baş məşqçi Ole Gunnar Solskjaer-in ən böyük üstünlüklərindən biri olacaq.
Beşiktaş tam heyət
Qara-ağlılarda St. Patrick’s oyunu öncəsi zədəli və ya cəzalı futbolçu yoxdur.
Zədələrini geridə qoyan Mustafa Hekimoğlu və Can Keleş, İrlandiya təmsilçisinə qarşı Ole Gunnar Solskjaer’dən forma gözləyəcək.
Beşiktaş necə mərhələni keçər?
İlk oyunda St. Patrick’s qarşısında 4-1 qalib gələn Beşiktaş, revanş matçında böyük üstünlüyə sahibdir.
İrlandiya təmsilçisinə qarşı qazanılacaq bütün qələbələr və heç-heçələr, eləcə də 2 top fərqli məğlubiyyətlər “Beşiktaş”ı pley-off mərhələsinə çıxaracaq.
Qara-ağlıların 90 dəqiqəni 3 top fərqi ilə geridə başa vurması halında oyun əlavə vaxta gedəcək.
4 top fərqli məğlubiyyətlərdə isə Beşiktaş Avropa kubokları ilə vidalaşacaq.
Beşiktaş mərhələni keçərsə, rəqibi bəllidir
Beşiktaş, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “St. Patrick’s”i keçəcəyi halda potensial rəqibi artıq bəllidir.
Qara-ağlılar pley-off mərhələsində Astana (Qazaxıstan) – Lausanne (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.
Lausanne, evdə keçirilən ilk oyunda Astana-ya 3-1 hesabı ilə qalib gəlib.
Pley-off mərhələsində qarşılaşmalar 21 və 28 avqustda oynanacaq.
Zəhra Mansırova