Dünya Futbolu

Beşiktaş, Taylan Bulut ilə 5 illik müqavilə imzaladı

Bakı, 17 avqust, Tsport.az 

Beşiktaş, sağ cinah müdafiəçisi Taylan Bulut ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.

Tsport.az xəbər verir ki, Beşiktaş yeni sağ cinah oyunçusuna rəsmi şəkildə qovuşdu. Qara-ağlılar, Schalke 04-dən Taylan Bulut’u transfer etdi.

Klub tərəfindən verilən açıqlamada deyilir:

“Klubumuz, yekun transferi mövzusunda Schalke 04 klubu ilə razılığa gəldiyi peşəkar futbolçu Taylan Bulut ilə 5 illik müqavilə imzalamışdır. Klubumuza mühüm xidmətlər göstərəcəyinə inandığımız Taylan Bulut’a Beşiktaş ailəsinə xoş gəldin deyir, şanlı formamızla böyük uğurlar arzulayırıq.” ifadələri yer alıb.

Taylan Bulut’un lisenziyası çıxarılıb.

Zəhra Mansırova