Dünya Futbolu

“Beşiktaş” Temmi Abrahamı transfer etdi

Bakı, 1 iyul , Tsport.az 

Beşiktaş” yay transfer pəncərəsində heyətini gücləndirib. İstanbul klubu “Roma”nın hücumçusu Temmi Abrahamı transfer edib.

Tsport.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü artıq İstanbula gəlib. O, tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Temmi Abraham ötən mövsümü “Milan”da icarə əsasında keçirib. 40 oyunda 10 qol vurub. Daha əvvəl “Çelsi” və “Aston Villa” kimi Premyer Liqa klublarında da forma geyinib.

🔗 Daha ətraflı: tsport.az