Dünya Futbolu

”Beşiktaş” yarımfinal uğrunda mübarizə aparacaq

Bakı, 2 aprel, Tsport.az

“Beşiktaş”, Ziraat Türkiye Kubokunun dörddəbir final mərhələsində sabah “Göztepe”-ni qəbul edəcək.

Tsport.az xəbər verir ki, Tüpraş Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:30-da başlayacaq. Oyunun baş hakimi Atilla Karaoğlan olacaq, ona Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan kömək edəcək.

Qara-ağlılar turnirin D qrupunda keçirdiyi üç oyunun hamısında qalib gələrək 9 xalla lider olaraq növbəti mərhələyə adlayıb.

Son olaraq Super Liqada “Galatasaray”-a qarşı keçirilən derbidə 2-1 hesabı ilə qalib gələn “Beşiktaş”, “Göztepe”-ni də məğlub edərək yarımfinala yüksəlmək niyyətindədir.

Dörddəbir finalda qalib gələn komanda “Trabzonspor” – “Sipay Bodrum” FK cütünün qalibi ilə yarımfinalda qarşılaşacaq.