Dünya Futbolu

“Beşiktaş”a pis xəbər

Bakı, 19 iyul , Tsport.az 

Beşiktaş“ın yeni mövsüm öncəsi Avstriyada keçirdiyi hazırlıq toplanışında gənc hücumçu Mustafa Erhan Hekimoğlu ciddi zədə alıb. Klubun mətbuat xidmətinin açıqlamasına görə, futbolçu “Wolfsberger AC” ilə keçirilən yoxlama oyununun 46-cı dəqiqəsində sol ayağının yuxarı bud əzələsində ağrı hiss edərək meydanı tərk edib.

Tsport.az xəbər verir ki, İstanbula qayıtdıqdan sonra Acıbadem Altunizade Hospitala aparılan MR müayinəsində futbolçunun rectus femoris əzələsində gerilmə və daxili qanama olduğu aşkarlanıb. Klubun tibbi heyəti artıq onun müalicəsinə başlayıb.

Proqnozlara əsasən, Mustafa Erhan Hekimoğlu minimum 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu onun yeni mövsümdə komandaya erkən qatılma şansını çətinləşdirir.