“Beşiktaş”ın çox istədiyi Jadon Sancho yeni klubunu seçdi
Bakı, 18 avqust, Tsport.az
Jadon Sancho “Roma”ya razılıq verib, Manchester United ilə danışıqlar başladı.
Tsport.az xəbər verirki Roma, ingilis hücumçu Jadon Sancho’nun transferi üçün böyük addım atıb. Corriere dello Sport’un məlumatına görə, 25 yaşlı ulduz “Roma”ya keçməyi qəbul edib və mövsüm başına 5-6 milyon avro maaş + bonus təklifinə “yaşıl işıq” yandırıb.
Manchester United isə transferin baş tutması üçün oyunçunun müqaviləsini bir il uzatmaq istəyir. Sancho-nun mövcud kontraktı 2025-26 mövsümünün sonunda bitir. “Roma”nın ilkin təklifi isə 23 milyon avro məcburi alma opsionu ilə icarə şəklində olub.
Juventus geri çəkildi
Yaz transfer dönəmində Juventus da Sancho ilə maraqlanmışdı, amma Dusan Vlahovic və Douglas Luiz’in durumuna fokuslandığı üçün gözləməyə keçdi. İndi Bianconeri geri planda qalarkən, Gian Piero Gasperini rəhbərliyindəki Roma transferi yekunlaşdırmağa yaxın görünür.
Giallorossi, Serie A başlamazdan əvvəl kadrosunu gücləndirməyi hədəfləyir. Sancho’nun transferi baş tutarsa, Roma Premier Liqadan Leon Bailey’dən sonra daha bir vacib hücumçu takviyesi etmiş olacaq. İngilis hücumçu keçən mövsüm Chelsea forması ilə UEFA Konfrans Liqasını qazanmışdı.
Zəhra Mansırova