Dünya Futbolu

“Beşiktaş”ın kapitanı Fair Play mükafatına layiq görülüb

Bakı, 16 may, Tsport.az

Türkiyə Futbol Federasiyasının May Ayı Fair Play və Sosial Məsuliyyət Mükafatları sahiblərini tapıb.

Tsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən verilən Fair Play və Sosial Məsuliyyət Mükafatlarının may ayı qalibləri açıqlanıb.

Federasiyanın rəsmi internet saytında yer alan məlumatda bildirilir ki, TFF-nin Fair Play və Sosial Məsuliyyət Komitəsinin apardığı qiymətləndirmə nəticəsində may ayının mükafatları sahiblərinə təqdim edilib.

Fair Play ruhunu bütün Türkiyəyə nümayiş etdirən davranışları ilə diqqət çəkənlər arasında, Galatasarayın 14 yaş altı komandası, Trabzonspor, TÜMOSAN Konyaspor, Beşiktaş və qara-ağlı futbol komandasının kapitanı Necip Uysal mükafata layiq görülüblər.