“Beşiktaş”ın müdafiəçisi 3 gün ərzində iki dəfə cəzalandırılıb
Bakı, 8 aprel, Tsport.az
“Beşiktaş”ın müdafiə oyuncusu Tayyip Talha Sanuç, üç gün ərzində ikinci dəfə qırmızı kart alaraq komandasını 10 nəfərlə buraxıb.
Tsport.az xəbər verir ki, Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsində Göztepe ilə qarşılaşan Beşiktaş, 1-0 öndə olduğu halda Tayyip Talha Sanuç, 36-cı dəqiqədə qırmızı kartla cəzalandırılmışdı. 10 nəfərlə qalan qara-ağlar, 3-1 məğlub olublar.
Üç gün sonra keçirilən liqa matçında isə “Kasımpaşa”ya səfər edən “Beşiktaş”da, bu dəfə 11-də başlayan Tayyip Talha Sanuç, 44-cü dəqiqədə ikinci dəfə qırmızı kart görərək komandasını bir daha əskik buraxıb.