“Beşiktaş”ın növbəti hədəfi nədir?
Bakı, 7 oktyabr, Tsport.az
Sergen Yalçının rəhbərlik etdiyi “Beşiktaş” ardıcıl 3 oyundur məğlub olmayaraq çıxışını uğurla davam etdirir.
Tsport.az xəbər verir ki, “qara-ağlar”ın məqsədi “Fenerbahçe” derbisinə qədər qarşıdakı 3 matçı da itkisiz başa vurmaqdır.
Komanda son turda “Galatasaray”la heç-heçə edərək həm özünə inam qazanıb, həm də azarkeşlərinə ümid verib.
Milli fasilədən sonra “Beşiktaş” əvvəlcə “Gənclərbirliyi”ni qəbul edəcək, daha sonra təxirə salınmış görüşdə səfərdə “Tümosan Konya” ilə, ardınca isə yenə səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq.
Sergen Yalçının kollektivi bu oyunlardan maksimum nəticə ilə çıxaraq 2 noyabrda Dolmabağçada keçiriləcək “Fenerbahçe” derbisinə yüksək əhval-ruhiyyə ilə çıxmağı planlaşdırır.