“Beşiktaş”ın sabiq prezidentinə hücum ediblər
Bakı, 12 aprel, Tsport.az
“Beşiktaş” futbol klubunun sabiq prezidenti Hasan Arat, Direktorlar Şurasının iclası zamanı hücuma məruz qalıb.
Tsport.az xəbər verir ki, insident Hasan Aratın çıxışı zamanı baş verib. Təzyiqlə qarşılaşan keçmiş prezidentin danışığı yarımçıq dayandırılıb və hadisənin ardından iclas təxirə salınıb.