Dünya Futbolu

“Beşiktaş”ın yeni transferi Taylan Bulut çempionluq hədəfləyir

Bakı, 20 avqust, Tsport.az

Beşiktaş”ın yeni transferi Taylan Bulut, qara-ağlı komanda ilə çempion olmaq istədiyini bildirib.

Tsport.az xəbər verir ki, Taylan Bulut, klubun rəsmi internet saytında yer alan açıqlamasında “Beşiktaş”a transfer olmasından çox məmnun olduğunu deyib:

“Böyük bir klubdaram. Çox xoşbəxtəm. Beşiktaş haqqında yalnız yaxşı şeylər eşitmişəm və dərhal ‘Oraya gedəcəyəm’ deyə düşündüm. Transfer danışıqları yaxşı keçdi. Çünki baş məşqçi mənə birbaşa etibar etdi və özümü güvəndə hiss etdim. Beşiktaş forması da çox gözəldir. Mən onu sevirəm və bəyənirəm.”

Kluba transfer olunmadan əvvəl başqa futbolçularla danışdığını bildirən 19 yaşlı oyunçu sözlərinə belə davam edib:

“Kenan Karaman və Loris Karius ilə danışdım. Onların hər ikisi burada oynayıb və yalnız gözəl şeylər danışdılar. Həmişə yüz faizimi verəcəyəm. Mümkün qədər çox oyun keçirməyi və çempion olmağı arzulayıram. Azarkeşlərimiz üçün hər şeyimi ortaya qoyacağam. Mövsümün necə keçəcəyinə baxacağıq.”

Zəhra Mansırova