Dünya Futbolu

“Beşiktaş”ın yeni transferi Taylan Bulut İstanbulda!

Baku, 16 avqust, Tsport.az

Beşiktaş”ın transfer danışıqlarına başladığını açıqladığı 19 yaşlı sağ cinah müdafiəçisi Taylan Bulut “İstanbul”a gəlib.

Tsport.az xəbər verir ki, Atatürk Hava Limanı Ümumi Aviasiya Terminalına xüsusi təyyarə ilə enən gənc futbolçunu vitse-prezident Murat Kılıç, qara-ağlı klub rəsmiləri və bir qrup azarkeş qarşılayıb.

Azarkeşlərin şəkil çəkdirmək istəyini geri çevirməyən Taylan Bulut, obyektivlərə poz verdikdən sonra hava limanından ayrılıb.

“Beşiktaş”ın rəsmi açıqlamasında deyilir:

“Transfer danışıqlarına başladığımız peşəkar futbolçu Taylan Bulut, danışıqları davam etdirmək və tibbi müayinədən keçmək üçün İstanbula gəlib.

Taylan Bulut-u Atatürk Hava Limanı Ümumi Aviasiya Terminalında vitse-prezidentimiz Murat Kılıç qarşıladı.”

Zəhra Mansırova