Dünya Futbolu

“Betis” klubu Antonini birdəfəlik transfer etmək niyyətindədir

Bakı, 21 mart, Tsport.az

İspaniyanın “Betis” klubu Antonini birdəfəlik transfer etmək niyyətindədir.

Tsport.az xəbər verir ki, hazırda icarə əsasında komandada çıxış edən braziliyalı futbolçunun gələcəyi ilə bağlı klub rəhbərliyi Manchester United (Mançester Yunayted) rəsmiləri ilə görüş planlaşdırır.

Yüksək performansı ilə diqqət çəkən Antoninin transferi ilə bağlı danışıqların yaxın günlərdə başlayacağı bildirilir.