“Bir azərbaycanlı üçün bu, çox böyük uğurdur”
Bakı, 26 avqust , Tsport.az
UEFA Çempionlar Liqasının play off mərhələsində təmsilçimiz “Qarabağ” Macarıstan təmsilçisi “Ferençvaroş“u qəbul edəcək.
Tsport.az xəbər verir ki, oyundan əvvəl mətbuat konfransında komandanın üzvü Bəhlul Mustafazadə fikirlərini bölüşüb:
“Bir azərbaycanlı üçün bu, çox böyük uğurdur. Bununla yanaşı, artıq 2 dəfə pley-offda oynamışam. Sadəcə keçə bilməmişik. Bu barədə təcrübəliyik. Sabah oyuna daha sakit yanaşırıq. Keçən oyundan sonra iki toplu üstünlüyü nə qədər tez arxadan qalxa biləcəyini bilirik. Ona görə də maksimum tərzdə sakitik. Sabah soyuqqanlı olmağa çalışacağıq”.
Qeyd edək ki, matç sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.