“Biz bura yalnız qələbə qazanmaq üçün gəlmişik”
Bakı, 26 avqust , Tsport.az
UEFA Çempionlar Liqasının play off mərhələsində təmsilçimiz “Qarabağ” Macarıstan təmsilçisi “Ferençvaroş“u qəbul edəcək.
Tsport.az xəbər verir ki, oyundan əvvəl mətbuat konfransında rəqibin üzvü Toon Raemaekers fikirlərini bölüşüb:
“Komandada əhval-ruhiyyə yaxşıdır, hər şey qaydasındadır. Biz bura yalnız qələbə qazanmaq üçün gəlmişik. İlk matçda bəxtimiz gətirmədi, bəzi səhvlərə yol verdik. Fikrimcə, gözlədiyimiz oyunu tam göstərə bilmədik. Sabah eyni səhvlərə yol verməməyə çalışacağıq”.
Qeyd edək ki, matç sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.