“Biz Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik” – Camal Cəfərov
Bakı, 7 may, Tsport.az
Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” evdə “Kəpəz“ı qəbul edib. Matç 1-1 başa çatıb.
Tsport.az xəbər verir ki, oyundan sonra “Kəpəz”in üzvü Camal Cəfərov fikirlərini bölüşüb.
“Dünənki oyun bizim üçün yaxşı keçdi, baxmayaraq ki, qələbə qazana bilmədik, amma qələbə qazanmaq istəyirdik. Matçda əlimizdən gələnin ən yaxşısını etdik. Hakimin qərarını müzakirə etmək çətindir, əgər penalti verdisə, demək ki, var idi. Mənim üçün oyun uğurlu keçdi, çoxlu epizodlar oldu, amma hələ qarşıda çox iş var. Yaxşı oynayırıq, sadəcə bir az bəxtimiz gətirmir, ümid edirəm ki, son oyunlarda qələbə qazana biləcəyik. Biz Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. Hər şey qaydasındadır, uşaqlarda əvvəlki oyunlarda olduğu kimi eyni əzmkarlıq var. Hələ ki, əvəzetmələrdən qayıtmaq, sonra görəcəyik. Hələ bu barədə düşünməmişəm, görək necə olacaq. Azarkeşlərə böyük təşəkkürümü bildirmək istəyirəm, onlar bizi bütün oyunlarda daim dəstəkləyirlər”.
Bahar Rüstəm