Immobile “Bologna”da dubl etdi
Bakı, 18 iyul , Tsport.az
“Beşiktaş” ilə yollarını ayıran Ciro Immobile İtaliya liqası təmsilçilərindən “Bologna“ klubuna transfer olunmuşdu. 35 yaşlı futbolçu yeni komandası ilə keçirdiyi ilk oyunda 2 qol vuraraq diqqətləri üzərinə çəkdi.
Tsport.az xəbər verir ki , “Beşiktaş”ın böyük ümidlərlə heyətinə qatdığı, lakin istədiyi performansı ala bilmədiyi Ciro Immobile öz ölkəsi İtaliyaya geri dönmüşdü.
35 yaşlı futbolçu A Seriyası təmsilçilərindən “Bologna” ilə razılığa gəlmişdi.
Təcrübəli hücumçu yeni komandası ilə ilk matçında iki dəfə rəqib qapısına yol taparaq diqqətləri cəlb etdi.
“Gitschberg”ilə yoxlama oyunu keçirən “Bologna” görüşdən 8:0-lıq qələbə ilə ayrıldı.
Start heyətində meydana çıxan Ciro Immobile 2 dəfə fərqləndi. Ulduz futbolçu nümayiş etdirdiyi oyun ilə azarkeşlərindən tam qiymət aldı.
Aytac Mustafayeva