Borja Iglesias “Celta” ilə rəsmi müqavilə imzaladı
Bakı, 12 avqust, Tsport.az
İspaniyalı hücumçu Borja Iglesias karyerasını “Celta” klubunda davam etdirəcək.
Tsport.az xəbər verir ki, 32 yaşlı futbolçu “Real Betis“dən ayrılaraq “Celta” ilə 3 illik müqaviləyə imza atıb. Qeyd edək ki, Iglesias ötən mövsümdə də “Celta”nın heyətində çıxış edib. O, 2023/2024 mövsümünü icarə əsasında bu klubda keçirib. Təcrübəli forvard Almaniya təmsilçisi “Bayer 04” ilə Bundesliqa və Almaniya Kubokunun qalibi olub.