Dünya Futbolu

“Borussia” futbolçusu Koreya millisində oynayacaq

Bakı, 12 avqust, Tsport.az

“Borussia Mönchengladbach”ın yarımmüdafiəçisi Jens Castrop milli komanda seçimini dəyişib.

Tsport.az xəbər verir ki, 22 yaşlı futbolçu bundan sonra Cənubi Koreya yığmasının heyətində çıxış edəcək.

FIFA-nın rəsmi saytında yer alan məlumata görə, Düsseldorfda doğulan Castropun atası alman, anası isə cənubi koreyalıdır. O, əvvəllər Almaniyanın gənclərdən ibarət yığmasında 4 oyun keçirib.

Bu yay “Borussia” ilə müqavilə imzalayan futbolçu, peşəkar karyerasında daha əvvəl “1. FC Nürnberg” və “1. FC Köln” komandalarının formasını geyinib.

Qeyd edək ki, Cənubi Koreya milli komandası artıq 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.