-->
Dünya Futbolu

“Borussia”nun müdafiəçisi karyerasını İspaniyada davam etdirəcək

Bakı, 11 aprel, Tsport.az

“Borussia”nun müdafiəçisi Din Heysen karyerasını İspaniyada davam etdirə bilər.

Tsport.az xəbər verir ki, “Real Madrid” futbolçunun xidmətində maraqlıdır. Heysenin özü də “kral klubu”nda oynamaq istəyir. “Real” artıq onun “Borussia” rəhbərliyi ilə danışıqlara başlayıb.

19 yaşlı müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.