Dünya Futbolu

“Bournemouth” heyətini gücləndirib

Bakı, 13 avqust, Tsport.az

İngiltərə Premyer Liqası təmsilçisi “Bournemouth” Fransa klubu “Lille”in müdafiəçisi Bafodé Diakiténi heyətinə qatıb.

Tsport.az xəbər verir ki, 24 yaşlı futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək. “Bournemouth” transfer üçün qarşı tərəfə 35 milyon avro ödəyib.

Diakité 2022-ci ildən “Lille”də çıxış edirdi və bu müddətdə 112 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə edib.