Brahim Diaz “Real Madrid” ilə yeni müqavilə imzalayır
Bakı, 16 iyun , Tsport.az
İspaniyanın “Real Madrid” klubu Brahim Diaz ilə 5 illik yeni müqavilə üçün razılığa gəlib. 25 yaşlı vinger 2030-cu ilə qədər Madrid təmsilçisində çıxış edəcək.
Tsport.az xəbər verir ki, Diaz ötən mövsüm 52 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə verib. Klubun rəsmi açıqlaması yaxın günlərdə gözlənilir. Yeni müqavilə onun komandadakı rolunu daha da möhkəmləndirəcək və gələcək mövsümlərdə əsas oyunçulardan biri olmasına şərait yaradacaq.