Dünya Futbolu

Braziliya millisinin sabiq üzvü karyerasını başa vurub

Bakı, 22 iyul , Tsport.az 

Braziliya millisinin və “Bayern München“in sabiq müdafiəçisi Rafinha Ferreyra 39 yaşında futbolla vidalaşdığını açıqlayıb. Bu barədə o, öz sosial şəbəkə hesablarında məlumat verib.

Tsport.az xəbər verir ki, Ferreyranın son klubu bu ilin mart ayında ayrıldığı “Coritiba” olub. Son mövsümdə o, 10 rəsmi oyunda iştirak edib və 1 məhsuldar ötürmə həyata keçirib.

Karyerası ərzində Rafinha Ferreyra “Bayern München”,”Schalke 04″, “São Paulo FC”, “CR Flamengo”, “Grêmio FBPA”, “Genoa CFC” və “Olympiacos FC” kimi klubların formasını geyinib. O, peşəkar həyatı boyunca 779 rəsmi matçda çıxış edib, 23 qol vurub və 77 məhsuldar ötürmə verib.

Milli komandada isə Rafinha dörd oyun keçirib.