Digər

Britaniyalı atlet mövsümə qələbə ilə nöqtə qoydu

Bakı, 11 oktyabr, Tsport.az

Britaniyalı atlet Keely Hodgkinson 800 metr məsafədə keçirilən qadınlara məxsus Athlos turnirində birinci yeri tutaraq mövsümü qalib kimi başa vurub.

Tsport.az xəbər verir ki, Olimpiya çempionu olan 23 yaşlı idmançı 1 dəqiqə 56.53 saniyə nəticə göstərərək inamlı qələbə qazanıb. Bu, onun zədələr səbəbindən az yarışdığı çətin mövsümdə cəmi altıncı startı idi.

Dünya çempionatının gümüş medalçısı Georgia Hunter Bell 1:58.33 nəticə ilə ikinci, Şafiga Maloni (Sent-Vinsent) isə 1:58.57 nəticə ilə üçüncü olub.