Azərbaycan FutboluMüsahibə

Bruno Alexander: “Geri dönüş bizə böyük motivasiya verdi”

Bakı, 25 iyul , Tsport.az

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” öz meydanında Yunanıstanın “Aris” klubunu məğlub edərək mühüm qələbəyə imza atdı.

Tsport.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın üzvü Bruno Alexander oyunla bağlı fikirlərini bölüşüb.

Futbolçu görüşün çətin keçdiyini, lakin komanda şəklində yaxşı çıxış etdiklərini bildirib:

“Oyun yaxşı keçdi. Komandamız çox yaxşı oynadı — biz bunun üçün çox çalışmışdıq. İndi isə daha çox məşq etməli, məşqçiyə qulaq asmalı və ikinci oyuna fokuslanmalıyıq. Yenidən qalib gələ biləcəyimizə inanırıq.”

Alexander komandada əhval-ruhiyyənin yüksək olduğunu və qələbənin motivasiyanı artırdığını da qeyd edib:

“Bu geri dönüş bizə böyük motivasiya verdi. Bu, əla hissdir, amma bilirik ki, oyuna tam diqqət yetirməli və yaxşı nəticə əldə etməliyik. Bu bizim üçün yaxşı xəbərdir — komandadakı hər kəs ən yaxşısını göstərmək istəyir.”

Sonda o, qarşıdakı oyunun hazırlığı barədə də danışıb:

“İndi isə “Aris”lə növbəti oyuna hazırlaşmalıyıq. Yaxşı məşq və bərpa lazımdır — həm fiziki, həm də mental baxımdan. Məşqçinin dediklərinə qulaq asacağıq, çünki Goldarion da güclü komandadır və çox çalışırlar.”

Bahar Rüstəm