Bruno Fernandes: “Səudiyyə Ərəbistanına keçidi DÇ-2026 üçün rədd etmədim”
Bakı, 11 oktyabr, Tsport.az
“Manchester United”in kapitanı Bruno Fernandes, yay transfer dönəmində “Al Hilal”dan aldığı təklifə baxmayaraq, Səudiyyə Ərəbistanına keçməkdən imtina etməsinin səbəbinin DÇ-2026 olmadığını bildirib.
Tsport.az xəbər verir ki, “Al Hilal” portuqaliyalı futbolçu üçün 100 milyon funt ödəməyə və ona yüksək məbləğli müqavilə təklif etməyə hazır idi. Lakin Fernandes Old Traffordda qalmağı seçdi.
“Dünya çempionatı üçün Səudiyyə Ərəbistanına keçiddən imtina etmədim. Bu, heç ağlımdan da keçməyib. Mən sadəcə Manchester United-də qalmaq istədim və klub da mənim qalmağımı arzulayırdı. Hekayə bu qədər sadədir,” – deyə Fernandes açıqlamasında bildirib.