Bruno Fernandes Səudiyyə təkliflərini rədd edib
Bakı, 9 oktyabr, Tsport.az
Bruno Fernandes mövsümün sonunda Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçmək niyyətində deyil.
Tsport.az xəbər verir ki, Portuqaliyalı yarımmüdafiəçi ötən yay “Al-Hilal” və “Al-Ittihad”-ın böyük təkliflərini rədd edərək “Manchester United”-də qalmağa üstünlük verib.
31 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir .
Fernandes bu mövsüm karyerasında 100 qol həddini keçib.