Dünya Futbolu

Bruno Fernandes Səudiyyə Ərəbistanı təkliflərini geri çevirib

Bakı, 7 sentyabr, Tsport.az

Bruno Fernandes yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klublarından aldığı üç rəsmi təklifi qəbul etməyib.

Tsport.az xəbər verir ki, 30 yaşlı portuqaliyalı yarımmüdafiəçi karyerasını “Manchester United”də davam etdirməyi üstün tutub. Buna baxmayaraq, ərəb klublarının gələn ilin yayında onun transferi üçün yenidən cəhd göstərəcəyi gözlənilir.

Fernandes 2020-ci ildən bəri “Manchester United”in formasını geyinir. Bu müddətdə 294 oyunda meydana çıxan futbolçu 99 qol vurub və 86 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.