Dünya Futbolu

Bruno Gimarayeş üçün 120 milyonluq təklif

Bakı, 21 may, Tsport.az

“Newcastle United” və Braziliya millisinin aparıcı yarımmüdafiəçisi Bruno Guimarães karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Tsport.az xəbər verir ki, braziliyalı futbolçuya ciddi maraq göstərən klub “Al-Ittihad”dır. Səudiyyə təmsilçisi 27 yaşlı oyunçunu transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır.

Guimarães bu mövsüm “Newcastle” forması ilə 46 matçda meydana çıxıb, 5 qol və 8 assistlə yadda qalıb.

Transferin yay aylarında baş tutacağı gözlənilir.