Dünya Futbolu

“Bu, baş məşqçi kimi ən məyusedici qələbə idi”

Bakı, 13 oktyabr, Tsport.az

Şotlandiya millisinin baş məşqçisi Steve Clarke, Belarus üzərində 2:1 hesablı qələbədən sonra komandasının oyunundan narazılığını gizlətməyib.

Tsport.az xəbər verir ki, Clarke bu qarşılaşmanın onun rəhbərliyi dövründə “ən çox məyus olduğu qələbə” olduğunu deyib:

“Oyunun bəzi hissələrində istədiyimiz səviyyədə çıxış etmədik. Qələbə qazansaq da, performans baxımından yaxşı deyildik.”

Bu görüş Clarke üçün əlamətdar idi – o, Şotlandiya millisini 72-ci dəfə meydana çıxararaq tarixi rekorda imza atıb.