“Bu dəyişikliklər doğru zamanda və doğru qərarlarla baş versin” – Salman Ələsgərov
Bakı, 5 may, Tsport.az
“Qəbələ“nin 23 yaşlı müdafiəçisi Salman Ələsgərovun adı transfer söyləntiləri ilə hallanır. Yanvar ayında əməliyyat olunan futbolçunun adı 2-ci liqa klubu “Şəfa” ilə anılır.
Tsport.az xəbər verir ki, iddia ilə bağlı Salman Ələsgərovun fikirlərini bizimlə bölüşüb.
“Çox şükür, əməliyyatdan sonra bərpa prosesi yaxşı keçdi. Artıq özümü daha yaxşı hiss edirəm və yenidən oyunlara çıxmaq üçün səylə çalışıram. Həkimlərin və fizioterapevtlərin dəstəyi ilə planlaşdırılan vaxtdan da tez hazır vəziyyətə gəlmişəm. Hazırda diqqətim qalan oyunlardadır. Komandama maksimum fayda vermək istəyirəm. Yeni mövsümlə bağlı planlarım var. Lakin hər şey bu mövsüm başa çatdıqdan sonra müəyyənləşəcək. Əsas hədəfim daim inkişaf etmək və daha güclü şəkildə geri dönməkdir. İlk dəfədi sizdən eşidirəm bu xəbəri Mənim Qəbələ ilə müqaviləm var . Bütün diqqətim hazırda kamandam və qarşıdakl oyunlardadı.və mövsüm başa çatandan sonra gələcək planlarla bağlı daha açıq aydın danışmaq olar . Bu barədə dəqiq qərar verməmişəm. Mövsüm bitəndən sonra həm şəxsi durumumu, həm də gələcək perspektivləri nəzərdən keçirəcəyəm. Hər bir futbolçunun karyerasında dəyişikliklər ola bilər. Amma əsas odur ki, bu dəyişikliklər doğru zamanda və doğru qərarlarla baş versin”.
Bahar Rüstəm