Azərbaycan FutboluMüsahibə

“Bu formaya layiq görülmək böyük nailiyyətdir”-Cəlal Hüseynov

Bakı,27 may ,Tsport.az

Bu sözləri millimizin üzvü Cəlal Hüseynov deyib. Azərbaycan millisinin Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq görüşlərinin heyəti açıqlanıb. Heyətə çağırılan “Şamaxı”nın üzvü Cəlal Hüseynov filirlərini bizimlə bölüşüb:

Milliyə çağrılmısınız bu barədə fikirləriniz?

-Bəli, əlbəttə ki, milli komandanın formasını geyinmək mənim üçün böyük bir qürur və sevinc mənbəyidir. Bu, hər bir futbolçunun, o cümlədən Azərbaycan futbolçusunun ən böyük arzularından biridir. Bu formaya layiq görülmək böyük nailiyyətdir və xüsusilə uzun müddətdən sonra yenidən milliyə qayıtmaq mənim üçün əlavə motivasiya oldu.

İndi isə qarşımda bir şans var və mən bu şansdan maksimum şəkildə faydalanmağa çalışacağam. Hədəfim odur ki, oyunlarda əlimdən gələni edim, meydanda özümü ən yaxşı tərəfdən göstərim və komandamla birlikdə uğurlu nəticələr qazanaq. Bu nəticələr bizi sevən insanları və sadiq azarkeşlərimizi sevindirəcək. Onların dəstəyi bizim üçün hər zaman böyük önəm daşıyır və biz də bu etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik.

Aytac Mustafayeva