Bu gün Almaniya Bundesligasında 2 oyun baş tutacaq
Bakı, 17 may, Tsport.az
Bu gün Almaniya Bundesligasında 2 qarşılaşma baş tutacaq.
Tsport.az xəbər verir ki, matçların hər biri 17:30-da start götürəcək.
“Borussia Dortmund” – “Holstein Kiel” komandaları Westfalen Stadionunda qarşılaşacaqlar. “Freiburg” – “Eintracht Frankfurt” komandaları isə Europa-Park Stadionunda üz-üzə gələcəklər.
Qeyd edək ki, “Freiburg” 54 xalla 4-cü sırada,”Eintracht Frankfurt” 57 xalla 3-cü sırada, “Borussia Dortmund” 54 xalla 5-ci sırada, “Holstein Kiel” komandası isə 25 xalla 17-ci sırada qərarlaşıb.