Dünya Futbolu

Bu gün Avropa zonasında daha 6 oyun keçiriləcək

Bakı, 24 mart, Tsport.az

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin II turu çərçivəsində 6 qarşılaşma baş tutacaq.

Tsport.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri K qrupunda İngiltərə ilə Latviya arasında olacaq. G qrupunda isə Polşa doğma meydanda Malta ilə qarşılaşacaq.

DÇ-2026, seçmə mərhələ – II tur

24 mart

G qrupu

• 21:00 | Litva – Finlandiya

• 23:45 | Polşa – Malta

H qrupu

• 23:45 | Bosniya və Herseqovina – Kipr

• 23:45 | San Marino – Rumıniya

K qrupu

• 23:45 | İngiltərə – Latviya

• 23:45 | Albaniya – Andorra

Qeyd edək ki, seçmə mərhələnin II turu sabah daha 6 oyunla başa çatacaq.