Bu gün Azərbaycan Kubokunun yeni mövsümü start götürəcək
Bakı,9 oktyabr, Tsport.az
Futbol üzrə Azərbaycan Kubokunun yeni mövsümünə bu gün start veriləcək.
Tsport.az xəbər verir ki, ilk olaraq turnirin I təsnifat mərhələsinin beş qarşılaşması baş tutacaq. Matçlar saat 14:00-da başlayacaq. Qalib gələn komandalar II təsnifat mərhələsinə yüksələcəklər.
Azərbaycan Kuboku – I təsnifat mərhələsi
9 oktyabr
14:00. Sheki City – Araz Saatlı
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Məkan: Rekord Arena
14:00. Qaradağ Lökbatan – Ağdaş
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Məkan: Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14:00. Dinamo – Kür-Araz
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Məkan: Binə qəsəbə stadionu
14:00. Ağstafa Gəncləri – Şirvan
Hakimlər: Alik Yunusov, Şirməmməd Məmmədov, Səbuhi Soltanov, Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Məkan: Ağstafa şəhər stadionu
Qeyd edək ki, I təsnifat mərhələsinin qalan oyunları oktyabrın 10-da keçiriləcək.