Bu gün Misli Premyer Liqasında VII tur start götürəcək
Bakı, 3 oktyabr, Tsport.az
Bu gün Misli Premyer Liqasında VII turun ilk oyunları keçiriləcək. gözləyir.
Tsport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” evdə “İmişli”ni qəbul edəcək. Matç Liv Bona Dea Arena-da saat 17:00-da start götürəcək.
Komandalar turnir cədvəlində fərqli mövqelərdə qərarlaşıblar: qonaqlar 8 xalla yeddinci, Naxçıvan təmsilçisi 11 xalla 4-cü pillədədir.
Oyunun hakimləri: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov | AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Günün ikinci qarşılaşmasında “Zirə” “Neftçi” ilə üzləşəcək. Matç saat 19:30 –da Zirə İdman Kompleksində baş tutacaq.
Meydan sahibləri 12 xalla ikinci, “ağ-qaralar” isə 7 xalla səkkizincidir.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov | AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Tura oktyabrın 5-də yekun vurulacaq.