Bu gün Misli Premyer Liqasının XXVII turuna start veriləcək
Bakı, 14 mart, Tsport.az
Misli Premyer Liqasının XXVII turu bu gün start götürür.
Tsport.az xəbər verir ki, tura “Araz-Naxçıvan” və “Şamaxı” komandaları arasında keçiriləcək tək oyunla başlanacaq.
Qarşılaşma **”Liv Bona Dea Arena”**da baş tutacaq və saat 19:00-da start götürəcək. Naxçıvan təmsilçisi hazırda 46 xalla üçüncü, qonaqlar isə 27 xalla yeddinci sırada yer alırlar.
Misli Premyer Liqası III dövrə, XXVII tur 14 mart 19:00 – “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Liv Bona Dea Arena”
Qeyd edək ki, XXVII turun digər oyunları martın 16-da keçiriləcək.