Azərbaycan Futbolu

Bu gün Premyer Liqada VI turun növbəti oyunları baş tutacaq

Bakı, 27 sentyabr, Tsport.az

Misli Premyer Liqasının altıncı turunda bu gün iki görüş keçiriləcək.

Tsport.az xəbər verir ki, ilk oyun Şamaxıda baş tutacaq. Saat 15:30-da başlayacaq matçda yerli “Şamaxı” klubu “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq, VAR-da isə Rəvan Həmzəzadə çalışacaq.

Günün ikinci qarşılaşması paytaxtda oynanılacaq. “Neftçi Arena”da saat 19:00-da start götürəcək oyunda “Neftçi” doğma meydanda “Karvan-Yevlax” ilə üz-üzə gələcək. Bu görüşə Kamranbəy Rəhimov baş hakimlik edəcək, VAR hakimi isə Fərid Hacıyevdir.

Turun əvvəlki matçlarında “İmişli” – “Zirə” görüşü 1:1 hesabı ilə başa çatıb, “Qarabağ” isə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. VI tur sentyabrın 28-də yekunlaşacaq.