“Bu həm təzyiq, həm də məsuliyyət yaradır” – Oktay Rüstəmli
Bakı, 5 mart, Tsport.az
Azərbaycan Futzal Millisi Avro-2026-nın əsas mərhələsi çərçivəsində səfərdə Yunanıstan millisinin qonağı olacaq.
Tsport.az xəbər verir ki, matçdan əvvəl futzal millimizin üzvü Oktay Rüstəmli suallarımızı cavablandırıb.
-Yunanıstanla oyuna hazırlıqlar necə gedir?
-Hazırda məşqlərimiz yüksək səviyyədə gedir. Əsasən, taktiki məşqlərə daha çox üstünlük veririk.
-Keçən oyunu Yunanıstan Millisi ilə 2-2 bərabərə qalmışdız. Bu dəfə sizcə qələbə qazana bilərsiniz? Qələbə qazanmaq üçün nələrə diqqət etmək lazımdır?
-Əlbətdə ki, meydana qələbə üçün çıxırıq. Həmişə də qələbə üçün çıxmışıq. Keçən oyun bizim üstünlüyümüzdə keçsə də, matç 2-2 bitdi. Səfərdə olan oyuna maksimum hazırlaşıb, etdiyimiz səhvləri düzəldib, qələbə üçün meydanda olacağıq.
-Oyunun səfərdə olması sizə hansı çətinliklər törədə bilər?
-Oyunun səfərdə olması çətinlik yaradır. Amma biz oyunun necə vacib olduğunu dərk edirik. Həll edici oyun olduğu üçün səfərdə olması bizə o qədər də, çətinlik yaratmayacaq.
-Milli komandada hazırda abu-hava necədir?
-Hazırda komandada abu-hava yaxşıdır. Komanda olaraq fikrimizi oyuna yönəltmişik.
-Bu oyun millinin turnirdə çıxışı baxımından önəmli oyunlardan biridir. Bu komandada təyziq yaradırmı?
Hər üç oyun həm Yunanıstan, həm İsveç, həmdə Xorvatiya ilə olan oyunlar bizim üçün önəmlidir. Bu matçlardan maksimum xal yığmalıyıq. Bu həm təyziq həm də məsuliyyət yaradır. İnşallah hər şey istədiyimiz kimi olar.
Bahar Rüstəm